"Borussiya"nın qorxulu yuxusu




"Bayern Münhen"in futbolçusu Robert Levandovskidən daha bir rekord qeydə alınıb. 90plus.az "Opta”ya istinadən xəbər verir ki, polşalı hücumçunu rekordu Bundesliqanın son turunda Dortmund “Borussiya”sına qarşı oyunda qeydə alınıb.

32 yaşlı forvard sabiq komandası ilə görüşdə het-trik edərək indiyədək Dortmund klubuna vurduğu qollarının sayını (14 oyuna) 20-ə çatdırıb. Bundesliqa tarixində heç bir futbolçu “Borussiya”ya bu qədər qol vurmayıb. Qeyd edək ki, Levandovski bu mövsüm Bundesliqada 23 oyuna 31 qol vurub, 6 məhsuldar ötürmə edib. O, TOP-5 liqalarının bombardiridir.

0 comments