top of page

"Borussiya" Sommerin əvəzinə qapıçı tapdı


Yann Sommeri "Bavariya"ya satan "Borussiya" heyətini yeni qapıçı ilə gücləndirib.


90plus.az xəbər verir ki, Münhenqladbax təmsilçisi "Monpele"dən Yonas Omlini transfer edib. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

"Borussiya" isveçrəli qapıçı ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. 29 yaşlı "əlcək sahibi" yeni klubunda 1 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, Yonas Omlin "Monpelye"yə 2020-ci ilin yayında "Bazel"dən transfer olunmuşdu. Təcrübəli qapıçı cari mövsümdə Fransa klubunun heyətində 14 rəsmi matçda meydana çıxıb. O, 3 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

0 comments
bottom of page