top of page

Boyan Krkiçə “Barselona”da vəzifə verildi

“Barselona”nın sabiq hücumçusu Boyan Krkiç keçmiş klubunda futbol koordinatoru olub.


90plus.az klubun saytına istinadən xəbər verir ki, Krkiçin əsas vəzifəsi gənclərin futbol şöbəsinin müdiri Alesanko ilə birlikdə akademiyada gənclərə nəzarət etmək olacaq.


Daha əvvəl mətbuatda Krkiçin digər klublarda icarə əsasında çıxış edən “Barselona”nın gənc oyunçularını izləyəcəyi, həmçinin kataloniyalıların tələbələrinin əsas komandaya transferinə cavabdeh olacağı bildirilirdi.


“Barselona”nın yetirməsi olan 33 yaşlı sabiq futbolçu 2007-2011-ci illərdə əsas komandanın formasını geyinib.



0 comments
bottom of page