Boyanka Kostovanın adı İspaniyada bir musiqi qrupuna verilib.

90plus.az xəbər verir ki, bu maraqlı hadisə 2016-cı ilin aprelində baş verib.

Həmin vaxt yeni yaratdığı qrupa ad axtaran Manuel Qonsales təsadüfən idman kanallarından birində Kostovanın 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində təşkil olunmuş dünya çempionatındakı çıxışını görüb. 58 kq-da çempion olan və 2 dünya rekordu qıran idmançının uğuru musiqiçini yaxşı mənada təəccübləndirib. Nəticədə o, Sibran Qarsiya ilə birgə yaratdığı qrupa məhz "Boyanka Kostova" adını verib.


Bəstəboy idmançının bu qədər ağırlığın altına girməsindən şoka düşən Qonsales seçimini bu cür izah edib: "İdmandan maksimum qədər uzaq durmağa çalışırıq. Amma onun qətiyyəti və inadkarlığı xoşumuza gəldi. Qərar verdik ki, qrupumuz üçün bundan yaxşı ad ola bilməz".

Qeyd edək ki, 3 gün öncə Rusiyanın paytaxtı Moskvadakı Avropa çempionatında qızıl medal qazanan Boyanka Kostova 2012, 2015 və 2016-ci illərdəki analoji yarışların və 2015-ci ildəki dünya çempionatının da qalibidir.

0 comments