top of page

Brüyne Messidən yaxşı pleymeykerdir!


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı pleymeykerləri açıqlanıb.


90plus.az xəbər verir ki, belçikalı Kevin de Brüyne 1-ci olub. “Mançester Siti”nin yarımmüdafiəçisi 2020 və 2021-ci ildən sonra üçüncü dəfə hamıdan çox səs toplayıb. 5 dəfə ilin pleymeykeri yarışında birinci olan argentinalı Lionel Messi bu dəfə ikinci yerdə qərarlaşıb.


Ən yaxşı 10 pleymeyker:


1. Kevin De Bruyne (Belçika / “Mançester Siti”) - 181


2. Lionel Messi (Argentina / “İnter Mayami”) - 100


3. Bernardo Silva (Portuqaliya / “Mançester Siti”) - 78


4. Cud Bellinqem (İngiltərə / “Real”) - 70


5. Martin Edeqor (Norveç / “Arsenal”) - 18


6. Camal Musiala (Almaniya / “Bavariya”) - 17


7. Toni Kroos (Almaniya / “Real”) - 15


8. Pedri (İspaniya / “Barselona”) - 12


9. Federiko Valverde (Uruqvay / “Real”) - 11


10. Bruno Fernandeş (Portuqaliya / “Mançester Yunayted”) - 10

0 comments
bottom of page