top of page

“Braqa” 2 futbolçusunu yola saldı!

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ”ın rəqibi olan “Braqa” 2 futbolçusu ilə vidalaşıb.


90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya təmsilçisinin hücumçusu Luis Asue ölkənin digər klubu “Moreyrense”yə keçib. 21 yaşlı müdafəçi Dieqo Fonseka isə "Eştrela"ya (Portuqaliya) icarəyə verilib.


Qeyd: "Qarabağ" ilə "Braqa" arasındakı ilk görüş fevralın 15-də Portuqaliyada, cavab oyunu isə fevralın 22-də Bakıda olacaq.

0 comments
bottom of page