"Braqa"da yeni baş məşqçi

Portuqaliyanın “Braqa” klubunun yeni baş məşqçisi müəyyənləşib.



90plus.az klubun saytına istinadən xəbər verir ki, komandanı Karlos Karvahal çalışdıracaq. 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.




Portuqaliyanın Braqa şəhərindən olan Karvahal keçən mövsüm ölkəsinin “Rio Ave” klubunu çalışdırıb. Qeyd edək ki, "Braqa" başa çatan mövsümü 3-cü pillədə başa vurub. Komanda Avroliqada mübarizəyə qrup mərhələsindən başlayacaq. 

0 comments