top of page

“Braqa”nın çalışdırıcısı “Qarabağ”la vacib oyuna görə “Sportinq”ə uduzmağını kənara qoydu


Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatında lider "Sportinq"ə 0-5 məğlubiyyətdən sonra mətbuat konfransında danışıb.


90plus.az xəbər verir ki, Jorje məyusluğunu ifadə edib:


“Deyiləsi çox söz yoxdur. Nəticə çox məyusedicidir. Rəqib bizdən güclü idi. Ən yaxşı formamızdan uzaq idik.

Biz başımızı qaldırmalıyıq. İrəliyə baxmalıyıq. Səhvlərimizi anlamalıyıq. Təəssüflənmək üçün vaxt azdır. Cümə axşamı bizim vacib bir matçımız var. Avropa səyahətimizə çətin oyunla davam edəcəyik. Bu da bizim üçün çox vacib oyun olacaq.  İndi “Sportinq”lə görüşü unutmalıyıq".


Qeyd: "Braqa"nın növbəti oyunu "Qarabağ"a qarşı olacaq. Fevralın 15-də keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

0 comments
bottom of page