top of page

“Braqa”nın kapitanı: “Üstün idik və mərhələni keçməyə layiq idik”


“Braqa”nın kapitanı Abel Ruis Avropa Liqası pley-off mərhələsinin cavab matçında  “Qarabağ”a qalib gəlib (2-3), ümumi hesaba görə (6-5) mübarizəni dayandırdıqdan sonra müsahibə verib.


90plus.az "A Bola"ya istinadən xəbər verir ki, Ruis komandasının mərhələ keçməyə layiq olduğunu deyib:


"Qarabağ"la matçlarımızı izləyən hər kəs rəqibin əla komanda olduğunu, çox yaxşı oynadıqlarını və işimizi çox çətinləşdirdiklərini gördü. Cavab matçında üstün idik və mərhələni keçməyə biz layiq idik. Amma bu, futboldur. İndi bizim üçün çox vacib olan çempionatdır. Qarşıda növbəti oyunumuz var, diqqətimizi o oyuna yönəltməliyik”.


0 comments

Comments


bottom of page