top of page

“Braqa” “Qarabağ”la oyuna qədər yeni oyunçu almayacaq!


"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliya klubu “Braqa” qış fasiləsində transfer etməyəcək.


90plus.az xəbər verir ki, bunu baş məşqçi Artur Jorje klubun rəsmi saytına açıqlamasında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, hazırkı heyət onu qane edir: “Yaxşı mövsüm keçiririk. Amma daha yaxşısını edə bilərik. Heç bir mövqeni gücləndirmək fikrində deyiləm. Sahib olduğum oyunçulardan çox razıyam”.


Qeyd: “Qarabağ” “Braqa” ilə ilk oyununu 2024-cü il fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.

0 comments
bottom of page