top of page

Braqa: “Yolumuz Bakıya doğrudur”


Portuqaliya təmsilçisi "Braqa" Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Qarabağ"la bağlı paylaşım edib.


90plus.az xəbər verir ki, klub bu barədə rəsmi "X" hesabında bildirib.


"Braqa"nın paylaşımında "Yolumuz Bakıya doğrudur, pley-offdakı rəqibimiz "Qarabağ"dır" yazılıb.


UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək.


Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.

0 comments
bottom of page