Bravonun yeni klubu

"Mançester Siti"dən ayrılan Klaudio Bravonun yeni klubu müəyyənləşib.



90plus.az xəbər verir ki, 37 yaşlı qapıçı karyerasını "Betis"də davam etdirəcək. Bu barədə İspaniya klubunun saytı məlumat yayıb. Çilili qolkiperlə 1+1 illik müqavilə imzalanıb.




Qeyd edək ki, 2016-cı ildən "Mançester Siti"də oynayan Bravo müqaviləsinin müddəti başa çatdığı üçün bu ay klubdan ayrılmışdı. O, İngiltərə təmsilçisində ümumilikdə 61 matçda iştirak edib.

0 comments