top of page

“Brayton” Niderlandlı qapıçı üçün 19 milyon avro ödəməyə hazırdır

“Anderlext” klubunun qapıçısı Bart Verbruggen “Brayton”a keçə bilər.


90plus.az “The Sun”-a istinadən xəbər verir ki, İngiltərə klubu 20 yaşlı qolkiper üçün Belçika təmsilçisinə 19 milyon avro ödəməyə hazırdır.


2023/24 mövsümündə Premyer Liqada mübarizə aparacağı təsdiqlənən “Bernli” də niderlandlı futbolçu ilə maraqlanır.


Verbruggen 2022/23 mövsümündə “Anderlext”in heyətində bütün turnirlər daxil olmaqla 37 oyun keçirib, 45 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.


0 comments
bottom of page