“Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedo “Arsenal”a keçməyə yaxındır.
90plus.az “Teradesportes”-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu London təmsilçisi ilə sözləşmənin şəxsi şərtləri ilə bağlı razılıq əldə edib.
“Çelsi”nin də onu transfer etməyə hazır olduğu bildirilir.
Kaysedo 2022/23 mövsümündə “qağayılar”ın heyətində 43 oyuna çıxıb, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
