top of page

Braziliya 1/4 finalda Xorvatiyanın rəqibi oldu

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.


90plus.az - ın məlumatına görə, "sambaçılar" 1/8 finalda Cənubi Koreya yığmasına qalib gəliblər - 4:1.


Hesabı 7-ci dəqiqədə "pentakampeonlar"dan Vinisius Junior açıb. 6 dəqiqə sonra Neymar 2-ci topu rəqibin qapısından keçirib. 29-cu dəqiqədə Rişarlison baxımlı hücumu məntiqi sonluqla tamamlayıb. 36-cı dəqiqədə Lukas Paketa asiyalıları 4-cü dəfə meydanın mərkəzinə dəvət edib. Cənubi Koreyanın təsəlli qoluna isə 76-cı dəqiqədə Payk Senq Ho imza atıb.


Bu nəticə ilə Braziliya seçməsi növbəti mərhələdə Xorvatiyaya rəqib olub.


Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.



0 comments
bottom of page