
DÇ-2022-də pley-offa vəsiqəni təmin edən ikinci komanda müəyyənləşib.
90plus.az xəbər verir ki, G qrupunda Braziliya 2-ci turda İsveçrəyə 1:0 hesabı ilə qalib gələrək xalını 6-ya çatdırıb. Bununla da, yığma 3-cü turun nəticəsindən asılı olmayaraq, 1/8 finala vəsiqə qazanıb.
Xatırladaq ki, bundan əvvəl D qrupundan Fransa millisi pley-offa vəsiqəni təmin etmişdi.