top of page

Braziliya millisi pişiyə görə məhkəməyə verildi


Braziliya Futbol Konfederasiyası Qətərdə keçirilən dünya çempionatı zamanı mətbuat xidməti rəhbərinin pişiyə qarşı kobud davranışına görə məhkəməyə verilib.

“90plus” xəbər verir ki, Braziliyanın bir qrup qeyri-hökumət təşkilatı Heyvanların Rifahı və Müdafiəsi üzrə Milli Forumla birlikdə CFB-yə qarşı iddia qaldırıb.

Onlar mətbuat katibi Vinisyus Rodrigesin mətbuat konfransı zamanı masanın üzərində dayanan pişiyi kürəyindən tutaraq yerə atdığı üçün konfederasiyanın 200 min dollar məbləğində cərimələnməsini istəyirlər. Həmçinin CFB-nin ictimaiyyətdən üzr istəməsi tələb olunub.

Qeyd edək ki, DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiya seçməsinə 1:1 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında məğlub olan Braziliya yığması turnirlə vidalaşıb.

0 comments
bottom of page