top of page

Braziliya millisinin baş məşqçisi istefaya göndərildi!


Braziliya millisinin baş məşqçisi Fernando Diniz postundan istefaya göndərilib.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Dinizlə bağlı qərarı Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges verib. Fernando Diniz həm də "Fluminense"nin baş məşqçisidir. Federasiya prezidentinin bu qərarı verməmişdən əvvəl "Fluminense"nin rəhbəri Mario Bittenkurla danışdığı bildirilir.


Qeyd: Diniz ötən ilin iyul ayından Braziliya millisini çalışdırırdı. 49 yaşlı mütəxəssisin rəhbərliyi altında pentakampeonlar 6 oyun keçirib ki, bunların hamısı DÇ-2026-nın seçmə mərhələsində olub. Bu oyunlarda Braziliya millisi iki dəfə qalib gəlib, bir heç-heçə edib, üç oyunda uduzub.

0 comments
bottom of page