top of page

Braziliya millisinin baş məşqçisi vəzifəsinə namizədlər məlum oldu

Titenin istefasından sonra Braziliya millisinin baş məşqçisi vəzifəsinə namizədlər məlum olub.


90plus.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilir ki, federasiya komandanın DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya məğlubiyyətinin (1:1, penaltilər seriyası - 2:4) ardından baş məşqçi vəzifəsinə daha iddialı və dünyaca məşhur mütəxəssis təyin etmək istəyir. Həmçinin rəhbərlik düşünür ki, bu çalışdırıcı yığmanı DÇ-2026-ya hazırlamalıdır və uzun müddət komandada qalmalıdır.


Federasiya baş məşqçi vəzifəsinə 2 əsas namizəd irəli sürüb: Pep Qvardiola ("Mançester Siti") və Karlo Ançelotti ("Real").


Xəbərdə o da qeyd olunur ki, Ançelotti özü də Braziliya millisini çalışdırmaqda maraqlıdır. Lakin o, cari mövsümü Madrid təmsilçisində başa vurmağı planlaşdırır.


Qeyd edək ki, Braziliyanın DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya məğlubiyyətindən (1:1, penaltilər seriyası - 2:4) sonra Tite baş məşqçi vəzifəsindən istefa verib.



0 comments
bottom of page