top of page

Braziliyada üç gün matəmdir!


Əfsanəvi futbolçu və məşqçi Mario Zaqallonun vəfatına görə Braziliyada üç gün matəm elan olunub.

90plus.az xəbər verir ki, bu barədə Braziliya prezidenti Lula da Silva sosial şəbəkə hesabında paylaşım edib: "Əbədi Mario Xorxe Lobo Zaqallonun xatirəsinə ölkədə üç günlük rəsmi matəm elan edilib".


Qeyd: Zaqallo ötən gün 92 yaşında dünyasını dəyişib.

Zaqallo 4 dəfə Braziliya millisi ilə dünya çempionu olub. O, 1958, 1962-ci illərdə futbolçu, 1970, 1994-cü ildə isə baş məşqçi kimi mundialın qızıl medallarını qazanıb.

Mario Zaqallo 1970-74 və 1994-98-ci illərdə “sambaçılar”ın baş məşqçisi olub. O, müxtəlif illərdə Braziliya klublarında və bir sıra ərəb ölkələrində çalışıb. 

0 comments
bottom of page