
Braziliyada əfsanəvi futbolçu Pelenin vəfatı ilə əlaqədar matəm elan edilib.
90plus.az xəbər verir ki, matəm 3 gün davam edəcək. Müvafiq fərmanı prezident Jair Bolsonaro verib.
Qeyd edək ki, üçqat dünya çempionu Pele ötən gün 82 yaşında dünyasını dəyişib.
Əlavə edək ki, xəstəlik 2021-ci ilin payızında Peledə aşkarlanıb. Bundan sonra o, kimyaterapiyadan keçib, lakin sonradan orqanizm buna cavab verməyi dayandırıb.