Braziliyada futbol matçı zamanı atışma baş verib!


Braziliyada 20 yaşadək futbolçulardan ibarət "Serra Makaense" və "Karapebus" komandaları arasındakı oyun yarımçıq dayandırılıb.

"90plus"un məlumatına görə, buna polislə yerli qruplaşma arasında silahlı atışmanın baş verməsi səbəb olub.

Makae şəhərindəki stadionun yaxınlığındakı atışma zamanı matçda 29-cu dəqiqə oynanılıb. Futbolçular atəş səslərindən gizlənməyə yer axtarıblar. Paltardəyişmə otağına qovuşan oyunçular stadionu hərbi polisin gəlişindən sonra tərk ediblər.

Atışma dəstə üzvlərinin polisə hücumundan sonra başlayıb. Futbolçulardan, texniki heyətdən və hakimlərdən xəsarət alan olmayıb.

0 comments