
Braziliya millisinin DÇ-2022-nin ilk turunda Serbiya ilə matçda (2:0) zədələnən ftbolçuları Neymar və Danilonun durumuna aydınlıq gəlib.
90plus.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yığmanən həkimi Rodriqo Lasmar açıqlayıb. O, 30 yaşlı hücumçu və 31 yaşlı müdafiəçinin millinin növbəti oyununda - İsveçrə ilə görüşdə meydana çıxa bilməyəcəyini vurğulayıb:
"İndidən deyə bilərik ki, hər iki oyunçu növbəti matçda iştirak etməyəcək. Lakin onlar müalicə olunacaqlar. Bizim məqsədimiz onların bu turnirdə oynamaq üçün sağalmalarına çalışmaqdır”.
Qeyd edək ki, Braziliya - İsveçrə görüşü noyabrın 28-i keçiriləcək.