top of page

Braziliyadan əsrin rekordu

Braziliya yığması dünya çempionatının qrup mərhələsində tarixi rekorda imza atıb.


90plus.az xəbər verir ki, "sambaçılar" DÇ-2022-nin ikinci turunda İsveçrə ilə oyunda (1:0) buna nail olublar.


Belə ki, bu, Braziliya millisinin dünya çempionatlarının qrup mərhələsində ardıcıl on yeddinci məğlubiyyətsiz oyunudur. Top sehrbazları sonuncu dəfə ötən əsrdə - 1998-ci il dünya çempionatının üçüncü turunda Norveçə 1:2 hesabı ilə uduzublar. Braziliyalılar bu 17 görüşdən yalnız üçündə qələbə qazana bilməyib.

0 comments
bottom of page