top of page

Braziliyalı əfsanə: "Dünya çempionatını ağıllı komanda qazanacaq"

Braziliya futbolunun əfsanələrindən olan Roberto Karlos millisinin DÇ-2022-dəki şanslarını dəyərləndirib.


90plus.az xəbər verir ki, "The Mirror" veteran müdafiəçidən sitat təqdim edib:


“2002-ci ildə favorit deyildik. Ancaq oyunçularımızın və baş məşqçimiz Luis Felipe Skolarinin təcrübəsi, liderlik keyfiyyətləri o zaman bizə kuboku qazanmağa kömək etdi. Çox çalışdıq və məsuliyyətin dərəcəsini dərk etdik.


İndiki Braziliya millisini 4 il əvvəl Rusiyada çıxış edən komanda ilə müqayisə etsək, düşünürəm ki, indi məşqçinin hər mövqe üçün daha çox variantı var. Ola bilsin, müdafiəçi qıtlığı var, xüsusən də sağda. Yəqin ki, Tite bununla məşğul olacaq. Meydanın mərkəzində və hücum xəttində onun çoxlu variantları var.


Braziliya çempionluğa əsas namizədlərdən biridir. Düzdür, bütün komandalar güclüdür, amma turniri əqli cəhətdən ən hazırlıqlı olan qazanacaq”.

0 comments
bottom of page