top of page

Braziliyalı futbolçu üçün mundial başa çatdı


"Arsenal"ın braziliyalı futbolçusu Qabriel Jesus zədə səbəbilə DÇ-da iştirak edə bilməyəcək.

90plus.az xəbər verir ki, "sambaçı" dünən Kamerunla matçda zədələnib. O, görüşün 64-cü dəqiqəsində Pedro ilə əvəzlənib. O, ümumiyyətlə bu mundialda toplam 94 dəqiqə meydanda olub.


Qeyd edək ki, Braziliya 1/8 finalda Cənubi Koreya millisi ilə qarşılaşacaq.

0 comments
bottom of page