top of page

Braziliyalı futbol əfsanəsi vəfat etdi!


Braziliya futbolunun əfsanələrindən olan Mario Zaqallo 92 yaşında vəfat edib.


90plus.az xəbər verir ki, keçmiş hücumçu ötən ilin avqustunda sidik yolu infeksiyası səbəbindən 22 gün xəstəxanada yatmışdı. Evinə qayıtdıqdan sonra əlil arabasına oturub.


Zaqallo 4 dəfə Braziliya millisi ilə dünya çempionu olub. O, 1958, 1962-ci illərdə futbolçu, 1970, 1994-cü ildə isə baş məşqçi kimi mundialın qızıl medallarını qazanıb.

Mario 1970-74 və 1994-98-ci illərdə “sambaçılar”ın baş məşqçisi olub. O, müxtəlif illərdə Braziliya klublarında və bir sıra ərəb ölkələrində çalışıb. 

0 comments
bottom of page