
"Real"ın və Braziliya millisinin sabiq müdafiəçisi Marselonun oğlu ilk dəfə İspaniyanın 15 yaşadək futbolçulardan ibarət yığma komandasına çağırılıb.
90plus.az xəbər verir ki, 13 yaşlı Enzo Alves sevincini sosial şəbəkədə İspaniya millisinin forması ilə çəkdirdiyi fotolarını paylaşaraq bölüşüb.
Alves ailə kökləri sayəsində Braziliyada oynamaq hüququna malikdir və istəsə, gələcəkdə Braziliya millisinin formasını geyinməyə qərar verə bilər. Lakin hələlik o, doğulduğu ölkədə oynamağı seçib.