top of page

Braziliyalı oyunçu La Liqa klubunda

İspaniyanın “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib.


90plus.az xəbər verir ki, La Liqa təmsilçisi Braziliyanın “Atletiko” (Paranaense) klubunun müdafiəçisi Abner Vinisiusu transfer edib.


22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi olan müqavilə imzalanıb. İspanlar bu transferə görə “Atletiko”ya 5 milyon avro ödəyiblər.


Abner peşəkar karyerasına “Ponte Preta” komandasında başlayıb. O, 2019-cu ilin iyul ayından “Atletiko”nun uğurları üçün çalışırdı. Braziliyalı müdafiəçi ölkəsinin U-23 yığmasına da dəvət alır.



0 comments
bottom of page