Braziliyanın DÇ-2022 heyəti

Braziliya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.


90plus.az Braziliya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Tite 26 futbolçunu heyətə daxil edib.


Qapıçılar: Alisson ("Liverpul"), Ederson ("Mançester Siti"), Veverton ("Palmeyras").


Müdafiəçilər: Tiaqo Silva ("Çelsi"), Markinyos (PSJ), Danilo ("Yuventus"), Aleks Telles ("Sevilya"), Aleks Sandro ("Yuventus") Eder Militao ("Real"), Bremer ("Yuventus"), Dani Alves ("UNAM Pumas,")


Yarımmüdafiəçilər: Brunu Qimarayns ("Nyukasl"), Kazemiro ("Mançester Yunayted"), Lukas Paketa ("Lion"), Fabinyo ("Liverpul"), Fred ("Mançester Yunayted"), Everton Ribeyro ("Flamenqo")


Hücumçular: Neymar (PSJ), Vinisius Junior ("Real"), Antoni ("Mançester Yunayted"), Rodriqo ("Real"), Rişarlison ("Tottenhem"), Rafinya ("Barselona"), Qabriel Martinelli ("Arsenal"), Pedro ("Flamenqo"), Qabriel Jezus ("Arsenal")


Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Braziliya millisi Serbiya, İsveçrə və Kamerunla  G qrupunda mübarizə aparacaq.

0 comments