top of page

Braziliyanın sabiq baş məşqçisi qarət edildi


Braziliya millisinin sabiq baş məşqçisi Tite vətənində - paytaxt Rio-de-Janeyroda qarət edilib. 

90plus.az "The Sun"a istinadən xəbər verir ki, hadisə Barrada qəsəbəsində yaşanıb. 61 yaşlı mütəxəssis küçədə gəzərkən oğrunun hədəfinə tuş gəlib. Qarətçi həmin vaxt ona yaxınlaşaraq pul qabını alıb və qaçıb.



Bu hadisənin qəribə tərəfi isə odur ki, cinayətkar qarət edərkən çalışırıcını DÇ-2022-dəki uğursuzuzluğuna görə tənqid edib.

Qeyd edək ki, Braziliya DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzararaq mübarizəni dayandırıb - 1:1 (penaltilər seriyası - 2:4). Bundan sonra Tite vəzifəsindən istefa verib. 

0 comments
bottom of page