Xorvatiya millisinin yarımmüdafiəçisi Mateo Kovaçiç DÇ-2022-nin 1/4 finalında Braziliyaya qarşı keçirəcəkləri oyundan danışıb.
90plus.az xəbər verir ki, o, fikirlərini FİFA-nın mətbuat xidmətinə bölüşüb:
"Rəqib güclüdür və əla futbol sərgiləyir. Biz də əla oynaya bildiyimizi isbatlamaq və yarımfinala çıxmaq istəyirik. Dünya çempionatında asan rəqib anlayışı yoxdur. Bu turnirdə istənilən matç gərgin mübarizə şəraitində keçir.
Braziliyanı nəyin hesabına yenmək olar? İndi bunu demək çətindir. Bildiyim odur ki, aqressiv olmalı, sonadək mübarizə aparmalıyıq. Top rəqibdə olanda Braziliya özünü yaxşı hiss etmir. Biz itsedadlı komandayıq. Hücum etməli və öz oyun üslubumuza sadiq qalmalıyıq".