Breytueytin yeni şərti

"Barselona"nın futbolçusu Martin Breytueyt klubun ona münasibətindən narazıdır.

90plus.azxəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 30 yaşlı hücumçu klubun onu komandadan ayrılmağa məcbur etdiyi fikrindədir.

O, əsas heyətdə çıxış etməyə layiq futbolçu olduğunu düşünür. Bu səbəbdən Breytueyt "Barselona"dan maaş artımı şərti ilə yeni müqavilə imzalanmasını istəyir. Əks-təqdirdə danimarkalı oyunçu Kataloniya klubundan hazırkı sözləşməyə xitam verilməsini xahiş edəcək.

Qeyd edək ki, Braytueyt yeni mövsümdə La Liqanın ilk turunda 2 qol vurub və 1 qolun ötürməsini verib.

0 comments