Britaniyanın Baş naziri Avropa Super Liqasına qarşı çıxdı

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa Super Liqası yaradılmasını tənqid edib.


90plus.az xəbər verir ki, hökumət rəhbəri şəxsi “Tvitter” səhifəsində bu barədə yazıb: “Avropa Super Liqası planı futbol üçün dağıdıcı ola bilər. Biz UEFA-nı dəstəkləyirik. Bu liqa yerli çempionatların ürəyindən vuracaq və azarkeşlərə təsir edəcək. Bu yarışda iştirak etmək istəyən klublar atacaqları addımlardan əvvəl azarkeşlərə və futbol ictimaiyyətinə cavab verməlidirlər.


Xatırladaq ki, İngiltərə təmsilçiləri də olmaqla 12 nəhəng klub - "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"in Avropa Super Liqası adlı turnir təşkil edəcəyi məlum olub. UEFA isə yarışı tanımayacağını və bu klublara qarşı sərt sanksiya tətbiq ediləcəyini açıqlayıb. Həmin klubların UEFA və FİFA-nın bayrağı altında təşkil olunan bütün beynəlxalq səviyyəli yarışlarda iştirakdan kənarlaşdırılacağı bildirilib.

0 comments