Britaniyanın səfiri Uels yığması ilə görüşüb


Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Uels yığmasını ziyarət edib. 90plus.az xəbər verir ki, diplomat bu barədə tvitter hesabından məlumat paylaşıb. Şarp Uels seçməsini yenidən Bakıda görməkdən məmnunluğunu bildirib: "Onların AVRO-2020 matçlarının təlim-məşqinə baş çəkməkdən, baş məşqçi Robert Peyc və Uels Futbol Assosiasiyasının prezidenti Kiran O Konnorla görüşməkdən məmnun oldum. Komandaya uğurlar"!. Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

0 comments