top of page

Bruno Fernandes: "Nə qədər yorğun olsaq da..."

Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandes AÇ-2024-ün seçmə mərhələsinin 3-cü turunun Bosniya və Herseqovina ilə görüşünü (3:0) şərh edib.


90plus.az RTP-yə istinadən xəbər verir ki, o, Avropa çempionatına vəsiqə qazanmağı qarşılarına məqsəd qoyduqlarını deyib:


“Nə qədər yorğun olsaq da, həmişə milli komandanı təmsil etmək üçün özümüzdə güc tapırıq. Meydançada olanda yorğunluğu unuduruq. Qarşımıza məqsəd qoymuşuq: Avropa çempionatına vəsiqə qazanmalıyıq. Bosniya və Herseqovina kimi komandalara qarşı oynamaq çox çətindir. Bəzən daha səbirli oynamalıyıq”.


Portuqaliya millisi hazırda J qrupunda 9 xalla birinci, Bosniya və Herseqovina isə 3 xalla dördüncü yerdə qərarlaşıb.



0 comments
bottom of page