“Bu axmaqlar başa düşməlidirlər ki, İtaliyanın orta səviyyəli millisi var”

Keçmiş futbolçu Antonio Kassano İtaliya millisinin DÇ-2022-nin pley-offunda Şimali Makedoniyaya uduzması (0:1) ilə bağlı açıqlama verib.

90plus.az xəbər verir ki, İtaliya millisinin keçmiş hücumçusu “Bobo” TV-yə açıqlamasında ölkəsinin futbolunu tənqid edib:


“Roberto Mancini (İtaliya millisinin baş məşqçisi) dostum deyil, amma gördüyü işlərə görə ona hörmət edirəm. Artıq hər cür axmaqlar onu baş məşqçi postunda əvəzləmək üçün yeni adlar hayqırmağa başlayıb. Bu axmaqlar başa düşməlidirlər ki, İtaliyanın orta səviyyəli milli komandası var. Son illərdə bu barədə neçə dəfə danışmışam? Çiro İmmobilenin İtaliya A Seriyasında 180 qolu var, lakin o, yığmada topu normal qəbul edə bilmir.


Mançini ötən yayda Avropa çempionatında möcüzəyə imza atdı. Və indi təqaüdə çıxmalıdır? Bütün bu jurnalistləri və televiziya ekspertlərini işdən qovmaq lazımdır.


A Seriyası zəifdir. Üç oyunda qol vurursan və artıq milli komandaya düşürsən”.

0 comments