top of page

“Bu, böyük uğurdur” – Keçmiş futbolçu

Futbol üzrə İngiltərə yığmasının sabiq müdafiəçisi Joleon Leskott UEFA Çempionlar Liqasının 1/4 finalının “Mançester Siti” – “Bayern” oyununu (3:0) şərh edib.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mançester təmsilçisinin qazandığı qələbəni böyük uğur adlandırıb:


“Bu, böyük uğurdur. Qazanılan nəticə, yəqin ki, döyüşün yalnız birinci hissəsinin bitdiyini deyir. Buna baxmayaraq, “şəhərlilər”in futbolçuları yarımfinala çıxa biləcəklərinə inanmalıdırlar”.


“Bayern” – “Mançester Siti” cütünün cavab qarşılaşması Almaniyada baş tutacaq. Oyun aprelin 19-da keçiriləcək.

0 comments

Comentarios


bottom of page