"Bu barədə nə isə danışmaq etik olmaz"


"Ramil Şeydayevin özünə, karyerasına hörmətimiz var".



90plus.az CBC Sporta istinadən bildirir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "CBC Sport" kanalında yayımlanan "Bizim futbol" verilişində "Sabah"-ın oyunçusu Ramil Şeydayevin flaqmana transfer olacağı ilə bağlı xəbərlərə münasibət bildirərkən söyləyib .


Məşqçi 25 yaşlı forvardın komandası"Sabah"-la müqaviləsi olduğunu xatırladıb: "Ona görə də indi bu barədə nə isə danışmaq etik olmaz".


Samir Abasov adı "Neftçi" ilə hallanan "Qəbələ"nin hücumçusu James Adeniyinin Bakı klubuna keçmək ehtimalı barədə də danışıb: "Adeniyini "Neftçi"yə calamaq istəyənlər var idi. Nə onunla, nə də adları çəkilən digər hücumçularla maraqlanırıq".

0 comments

Recent Posts

See All