
"Çox maraqlı dövrdür. Hazırlıq prosesimiz yaxşı keçdi. Matça hazır olduğumuzu bildiririk".
Bunu "Olimpiakos"un futbolçusu Andreas Buxalakis evdə "Neftçi" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında söyləyib.
"Çox sevinirik ki, azarkeşlər bizimlə bərabər olacaq. Sabahkı günü həyəcanla gözləyirik. Onların iştirak etdiyi qarşılaşmada özümüzü çox xoşbəxt hiss edirik" deyə kapitan vurğulayıb.
28 yaşlı yarımmüdafiəçi növbəti mərhələyə vəsiqə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Bu, bizim üçün ciddi qarşılaşmadır. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. "Neftçi"nin oyunlarını izləmişəm və güclü futbolçulardan ibarət olduğunu bilirəm. Xüsusən ön xətt futbolçuları güclüdür".