top of page

"Bu cür stadionda oynamaq həyat üçün təhlükədir" - Murad Musayev


"Oyun çətin keçdi. Çünki "Kəpəz" kompakt, sıx müdafidə olunurdu. Bu cür müdafiəni yarmaq çətin idi. Daha çox asmalardan və ara ötürmələrindən istifadə etməli olurduq. "Kəpəz" əks-hücumlarda yaxşı çıxış etdi, qollar vurdular. Şadam ki, hesabı bərabərləşdirməyi bacardıq. Gəncədən xalla qayıtmaq çox önəmli idi".



90plus.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev deyib. O, Premyer Liqanın 17-ci turunun "Kəpəz"lə (2:2) matçından sonra keçirilən mətbuat konfransında danışıb.​



- Son matçlarda xal itirisiniz. Komanda meydanda azlıqda qalır. Bu fiziki hazırlıqla bağlıdır?


- Bunun vərəqələrlə əlaqəsi nədir? İlk qırmızıda nizam-intizam pozuntusu var idi. “Səbail”lə görüşdə qapıçının texniki səhvi oldu. Bugünkü vərəqə isə tamamilə yox idi. Top meydandan çıxmışdı. Yan xətt hakimi buna işarə edirdi. Dördüncü hakim isə davam etməsini dedi. Oyunu davam etdirdikdən sonra rəqib oyunçumuzu itələdi və bizim futbolçumuza qırmızı vərəqə göstərildi. Fiziki durumdan çox başımızda nə baş verdiyinə baxmalıyıq. Fiziki durum pis olsaydı, son dəqiqələrdə qollar vurmazdıq.



- Adət etdiyimiz "Sabah"ı meydanda görmədik. Komandanı yaxşı kökləməmişdiz?


- Hər şeyin səbəbi var. Rəqibimiz sıx müdafiə olunurdu. Biz isə daha sürətli oynamağa məcbur idik. Daha tez keçidlər etməliydik. Bunlar hamısı yekun nəticəni müəyyənləşdirdi.



- Aleksey Kaşukun son matçlardakı performansı barədə fikriniz necədir? Sanki əvvəlki qədər deyil..


- Bugünkü matçda qol vurdu, assist etdi. Bu, azdır?



- Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, futbol da burada çox sevilir. Buradakı atmosferi bəyəndiniz?


- Bu cür stadionda oynamaq olmaz, insan həyatı üçün təhlükəlidir. Gəncənin mərkəzi çox gözəldir. Lisenziyalaşdırma üzrə mütəxəssis deyiləm, amma stadionla bağlı nəsə etmək lazımdır. Bu gün patlarlarımızı konteynrdə dəyişmişik. Müsbət hal meydanın ot örtüyüdür. Gəncədə futbol tarixi var. Amma nələrsə etmək lazımdır. Deyəsən, planları var.



- Mərkəz müdafiəçiləri sürətli oyunçulara qarşı çətinlik çəkir?


- Şuaybu yaxşı oyunçudur. Ona həddən artıq çox hörtmət etdik. Belə qollar buraxmamalıyıq. Səhvlərimizi analiz edəcəyik.



- Üç autsayder sayılan - "Səbail", "Şamaxı", "Kəpəz"lə oyunlarda xal itirmisiniz. Çempionluq uğrunda mübarizə aparan klub üçün çox deyil?


- Kim dedi ki, biz çempionluq uğrunda mübarizə aparırıq? Bunu, siz dediniz. "Sabah"da çxo futbolçu çempionluq uğrunda mübarizə aparacaq təcrübəyə sahib deyil. Klubun özü cavandır. Hələ ki, yeni-yeni düzəlir. Hər dəfə soruşurlar ki, "siz çempionluq uğrunda mübarizə aparırsınız?". Biz isə, cavabında xeyr, növbəti oyuna hazırlaşırıq deyirik. Futbolçular üçün bu, yeni çağırışdır. İndi ancaq məşqlər və oyunlar haqda düşünməliyik. Əldə etdiyimiz uğurlar intizamın və öz üzərimizdə işləməyin nəticəsi idi. İndi bu, bir az aşağı düşən kimi, bu cür  hallar baş verir.




- "Krasnodar" gənc klub idi, amma "Zenit" və "Spartak" kimi rəqibləri olsa da, nəticə verirdi...


- "Sabah"ın beş yaşı var. "Krasnodar" 5 yaşı olanda, nəticə verməmişdi. Sadəcə stadion tikilirdi. 10-cu yerdə idi. Sadəcə zaman lazımdır. Rəqiblər də "Sabah"la oyuna vacib matç kimi baxır. Heç bir rəqibi elə-belə oynayıb, məğlub etmək olmur. Bunlar hamısı təcrübədir. İnanıram ki, düzgün götür-qoy edib, irəliləməliyik. Bilirdim ki, enişli-yoxuşlu olacaq. İşləməyə davam etməliyik.



- Klubun prezidenti Maqsud Adıgözəlov müsahibəsində bildirib ki, uğurlu nəticələrin tək səbəbkarı Murad Musayev deyil. Sonradan isə "Sabah"ın oyununda eniş yarandı. Bunun onunla əlaqəsi var?


- Azərbaycan dilində müsahibə verib. Amma oxumamışam, detallı şəkildə bilmirəm. Çalışıram ki, mətbuatdan uzaq qalıb, işimə köklənim. Onun dediyində həqiqət var ki, uğur qazanmaq istəyiriksə, hamımız bir yerdə olmalıyıq. Hər kəs öz işini görməlidir. Məsələn, rəhbərliyin işi seleksiyadır, daha düzgün seleksiya etməlidir, futbolçular daha yaxşı performans göstərməkdir, bizim işimiz də oyuna hazırlamaq. Uğur üçün bütün faktorlar birlikdə olmalıdır. 

0 comments
bottom of page