top of page

“ Bu, ciddi bir psixoloji test idi” - Poçettino

“Birinci hissədə çox çətinlik çəkdik. İlk ötürmə ilə bağlı problemimiz oldu. Bu, ciddi bir psixoloji test idi. Çünki bu oyundan əvvəl insanlar keçmişdən çox danışırdılar. İkinci hissədə tamamilə fərqli bir komanda idik.180 dəqiqəlik iki oyunda 5:2 hesablı nəticəyə görə çox xoşbəxtik. 1/4 finala çıxmaq PSJ üçün vacib idi".

90plus.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə heç-heçə etdikləri cavab oyunundan (1:1) sonra deyib. "İlk hissədə növbəti mərhələyə çıxmaq barədə çox düşündük və fasilə zamanı bu barədə futbolçulara danışdım. Onlardan oynamalarını xahiş etdim. Əlbəttə ki, sevinmədim və bu barədə futbolçulara açıq danışdım. İkinci hissədə biz artıq rəqabət aparırdıq. Əsas odur ki, turnirdə mübarizəyə davam etdiririk. Pis düşüncələrdən qurtulmalı və müsbət düşünməliyik" - deyə o bildirib. Poçettino komandanın qapıçısı Keylor Navas haqda müsbət fikirlər səsləndirib: "Navas möhtəşəm idi. Dünyanın ən yaxşı qapıçılarından biri olduğunu sübut edən fantastik bir axşam keçirdi. Keylor PSJ-nin növbəti mərhələyə yüksəlməsi üçün böyük töhfə verdi".

0 comments
bottom of page