"Bu, dərin sarsıntı və kədərə bərabərdir" - Belçikanın baş məşqçisi



"Bu, dərin sarsıntı və kədərə bərabərdir. Bu oyunçular mübarizədən belə kənarlaşdırılmağa layiq deyil".


90plus.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martines Avro-2020-nin 1/4 finalında İtaliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.

"Rəqibi qeyd edəcəyəm. İtaliya birinci hissədə oyun şərtlərinə daha yaxşı uyğunlaşdı. Əks-hücumlarda onlara təhlükə yarada bilərdik. İkinci hissədə daha gərgin oynadıq və bərabərlik şansları yaratdıq. İkinci qol bizə yaxşı təkan verərdi. Ancaq heç kimi günahlandıra bilmərəm" - deyə o bildirib. R.Martines milli komandada qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Bu, çətin sualdır, turnirlə vidalaşdığımız üçün məyus oldum. Duyğular haqqında danışmaq istəmirəm. Oyundan sonra bu kimi sualları müzakirə etmək hələ tezdir".

0 comments