"Bu Everest zirvəsi deyil" - İngiltərənin baş məşqçisi


İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2020-nin 1/4 finalında Ukrayna ilə keçirəcəkləri matç haqqında danışıb. 90plus.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis deyib: "Ukrayna millisi yaxşı komandadır. Andrey Şevçenkonun bu yığmanı inkişaf etdirməsindən təsirləndim. Payızda Millətlər Liqasında bir çox uğursuz nəticələr əldə etdilər. Ancaq özlərini toparlamağı bacardılar. Dünya kubokunun seçmə mərhələlərində də, bu həftə İsveçlə oyunda da yaxşı nəticələr göstərdilər.

Onlara sərbəst şans versəniz, istifadə edəcəklər. Bu komandanın təhlükəli hücumçuları var. Qarşımıza qoyduğumuz bir hədəfə çatdıq. Amma bu zirvə Everest deyil. Davam etmək istəyirik". Qeyd edək ki, bu gün keçiriləcək Ukrayna - İngiltərə matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

0 comments