top of page

Bu futbolçular mövsüm sonunda "Liverpul"dan ayrılacaq - RƏSMİ

"Liverpul"un bir neçə futbolçusu yay transfer pəncərəsi zamanı klubu tərk edəcək. 


90plus.az xəbər verir ki, bu barədə "mersisaydlılar"ın rəsmi saytı məlumat yayıb.


Hücumçu Roberto Firmino və yarımmüdafiəçilər Nabi Keyta, Ceyms Milner və Aleks Oksleyd-Çemberlen ilə yollar ayrılacaq. Firmino və Milner 2015-ci ildən, Keyta 2018-ci ildən, Oksleyd-Çemberlen isə 2017-ci ildən bu komandada oynayırlar. Onların müqavilələri cari mövsümün sonunda başa çatır. Sözügedən oyunçuların sözləşmələri yenilənməyəcək.

Futbolçular "Liverpul"a gələndən bəri klub Çempionlar Liqası və Premyer Liqanın qalibi olub. "Liverpul" hazırda Premyer Liqada 5-ci yerdədir. Komanda Çempionlar Liqasındakı çıxışını 1/8 final mərhələsində "Real"a uduzaraq tamamlayıb.



0 comments
bottom of page