"Bu günə qədər çətinliklə gəlib çıxmışıq"


90plus.az xəbər verir ki, "Səbail"in baş məşqçi Aftandil Hacıyev "Neftçi"yə uduzduqları oyundan (0:4) sonra mətbuat konfransında bunları deyib.


"Çempionatda sona yaxınlaşırıq. Oyunlar gərgin keçir. Düşünürəm ki, psixoloji vəziyyətdə daha güclü olan qalib gəldi. Bu günə qədər çətinliklə gəlib çıxmışıq. Oyunçulara sərf etdikləri gücə görə təşəkkür edirəm. Rəqib qələbəyə layiq idi. Onlar təbrik edirəm. Rəqib daha istəkli idi. Bizdə əhval-ruhiyyə o səviyyədə deyil. Digər komandalarla "Neftçi" və "Qarabağ" arasında uçurum var".


Amil Yunanovu zədəyə görə əvəzlədiyini deyən Hacıyev qeyd edib ki, hücumçu həftəiçi məşqdə xəsarət alıb. O, oyunun sonlarında Rauf Əliyevin də zədələnməsinə üzüldüyünü vurğulayıb: "Hazırda Rauf xəstəxanaya gedib. Başında çoxlu açılma olduğundan, həkim müdaxiləsinə ehtiyac var".


0 comments

Recent Posts

See All