top of page

Bu gün Çempionlar Liqasının qalibi müəyyən olacaq

Bu gün UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün final oyunu keçiriləcək.


90plus.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək həlledici matçda İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları qarşılaşacaq.


Atatürk Olimpiya Stadionundakı qarşılaşma saat 23:00-da başlayacaq. Oyunu polşalı FİFA referisi Şimon Marçinyak idarə edəcək.


Çempionlar Liqasında ikinci dəfə finala yüksələn “Mançester Siti” hələ ki, bu turnirdə qalib olmayıb. “İnter” isə ÇL-də keçirdiyi 6 final görüşünün yarısında qələbə qazanıb.


Çempionlar Liqasının son qalibi “Real”dır.


UEFA Çempionlar Liqası, final

10 iyun


23:00. Mançester Siti (İngiltərə) – İnter (İtaliya)


Baş hakim: Şimon Marçinyak (Polşa)

İstanbul, Atatürk Olimpiya Stadionu

0 comments

Recent Posts

See All

Comments


bottom of page