Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunu keçiriləcək.

90plus.az xəbər verir ki, həlledici matçda İngiltərənin "Mançester Siti" və "Çelsi" klubları üz-üzə gələcək. Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Çelsi" tarixində iki dəfə ÇL-in kubokunu qazanıb. "Mançester Siti" isə bu turnirdə indiyə kimi qalib olmayıb. Qeyd edək ki, turnirin son qalibi "Bavariya"dır. 29 may 23:00. "Mançester Siti" (İngiltərə) - "Çelsi" (İngiltərə)

Baş hakim: Antonio Mateu Laos Portuqaliya, "Draqau" stadionu

0 comments