top of page

Bu gün Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gələcək

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları start götürəcək.


90plus.az xəbər verir ki, ilk finalçı İtaliyadakı Milan derbisində məlum olacaq. İlk oyunda “İnter”ə 0:2 hesabı ilə uduzan “Milan” cavab matçında mərhələ keçmək üçün mübarizə aparacaq.


“Cüzeppe Meatsa” stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq.


Yarımfinalın digər matçında İspaniya “Real”ı İngiltərədə “Mançester Siti”nin qonağı olacaq.


UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

16 may

23:00. İnter (İtaliya) – Milan (İtaliya)

Baş hakim: Kleman Türpen (Fransa)Milan, “Cüzeppe Meatsa” stadionuİlk oyun – 2:0

0 comments
bottom of page