Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
90plus.az xəbər verir ki, yarımfinalın ilk oyununda İspaniyada “Real”la 1:1 hesablı heç-heçə edən “Mançester Siti” bu dəfə rəqibini İngiltərədə sınağa çəkəcək. “Etihad” stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da başlayacaq. Oyunu polşalı FİFA referisi Şimon Marçinyak idarə edəcək.
Bu cütün qalibi finalda İtaliya “İnter”i ilə üz-üzə gələcək.
Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək
Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
17 may
23:00. Mançester Siti (İngiltərə) – Real (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)Mançester, “Etihad” stadionu
İlk oyun – 1:1.